İki şəhid dostun xatirəsi

Qafqaztimes xəbər verir ki, ABŞ cinayətinin-General Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şəhadətinin ikinci ildönümündə Livanın Əl-Əhd xəbər saytı bu iki şəhid və onların davranışları haqqında bir sıra xatirələr dərc edib. Bu xatirələrdən biri hadisə baş verən gecə Əbu Mehdi əl-Mühəndisin Şəhid Süleymanini qarşılamaq üçün təkidi barədədir.

Əl-Əhd saytının məlumatına görə, iki böyük şəhid şəhadətlərindən beş gün əvvəl bir-birilə görüşmüşlər. Sui-qəsd gecəsi şəhid Əbu Mehdi əl-Mühəndis xəstə imiş. O, heç vaxt Hacı Qasimdən ayrılmazdı, ona görə də Hacı Qasimə zəng edərək ümumi vəziyyətinin yaxşı olmadığını, mümkün olarsa, onu hava limanında qarşılaya bilməsi üçün səfərini təxirə salmasını ondan istəyib.

Şəhid Qasim Süleymani isə cavabında onu qarşılamasına ehtiyac olmadığını bildirib və onu müşayiət etmək üçün öz yerinə bir neçə nəfəri hava limanına göndərməsini istəyib.

Sonra Şəhid Əbu Mehdi deyib: “Əgər gəlmək istəyirsənsə, mən özüm hava limanına gələcəm.”

Əl-Əhd saytı yazır: “Əbu Mehdi həmişə hava limanında şəxsən özü Hacı Qasimi qarşılayar, qayıdanda da onu təyyarəyə qədər müşayiət edərmiş. Elə həmin gecə də bu adətindən əl götürmədi və o, əbədi olaraq Şəhid Süleymaninin yanında olmaq üçün hava limanına getdi.”

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)

1 şərh

bitcoincasino Mart 29, 2023 - 8:45 səhər

I was looking for another article by chance and found your article bitcoincasino I am writing on this topic, so I think it will help a lot. I leave my blog address below. Please visit once.

Add Comment