İki ölkəni birləşdirmək üçün dənizin altı ilə yol çəkilir – FOTO

İspaniya və Mərakeş hökumətləri 2 ölkəni birləşdirəcək sualtı tunelin inşasına başlamaq niyyətindədir.

Hər 2 ölkənin məqsədi nəqliyyatın və yüklərin daşınma sürətini artırmaqdır.

Əslində belə bir ideya təxminən yarım əsr əvvəl verilsə də o dövrün texniki şərtləri  tuneli hazırlamağa imkan verməyib. Artıq hər 2 tərəf işi öyrənmək üçün şirkətlər yaradıb. İspaniya isə tədqiqatlara 750 min avro ayırıb. Bu məqsədlə Almaniyanın ali məktəblərinə ezamiyyətlər də təşkil olunub. 

İlkin hesablamaya görə uzunluğu 42 km olan tunelin 27,7 kilometri su altında olacaq. Avtomobillər bu yolu yarım saata qət edərək digər ölkənin ərazisinə çıxacaq. 

Son məqsəd 2030-cu ildən sonra hər il 10 milyon sərnişin və 7 milyon ton yük daşımaqdır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi