İki ölkə sərhədi yağış suları altında qaldı: Gediş-gəliş dayandırıldı (Video izlə) 

Bolqarıstanda və Türkiyənin Ədirnə şəhərində güclü leysan səbəbiylə daşqınlar baş verib.

Ədirnənin Bolqarıstanla sərhəd bölgələrinə təsir edən şiddətli yağış səbəbi ilə həm Bolqarıstan gömrüyü, həm də Ədirnənin Kapıkule Gömrüklərini sel suları basıb.

Gündəlik alış-veriş üçün Ədirnəyə gələn bolqarlar və yaşadıqları ölkələrinə qayıtmaq üçün Kapıkule platformalarında növbə gözləyən xarici vətəndaşlar sel səbəbi ilə maşınlarında qalıblar.

Yağış hər keçən dəqiqə artdıqca gömrük ərazisində suyun hündürlüyü 30 santimetri keçib. Maşınları su ilə dolu olan vətəndaşlar isə avtomobillərin üzərinə çıxaraq kömək gözləyiblər.

Gömrüyə çoxlu sayda polis və xilasedicilər cəlb edilib. Vətəndaşlar təxliyyə edildikdən sonra gömrük ərazisində yığılan suyun boşaldılmasına başlanılıb.

Ərazidə yaranan gölməçələrə görə xaricə çıxış mümkün deyil. Bolqarıstan gömrüyündə daşqın səbəbindən nəqliyyat vasitələrinin qəbulu dayandırılıb. Bolqarıstanda gömrüyə yaxın bir çox küçə və yol sel səbəbi ilə nəqliyyata bağlanıb.

İnsanlar Kapıkuledə gözləməyə davam edirlər.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)