İki həftə dağlarda itən şəxs yarım qutu sousla sağ qala bilib – FOTO

Kaliforniyadan olan cütlük itkin düşərək iki həftə dağlarda qalan adamı taparaq onun həyatını xilas ediblər.

Səyyah Çilinin San Bernardo şəhərinin yaxınlığında yerləşən dağlıq ərazidə itkin düşüb.

Cütlük onun qışqırıqlarını eşidib və səs gələn istiqamətə hərəkət edib.

İtmiş səyyah iki həftə ərzində yarım qutu salsa sousu və bulaqlardan içdiyi su ilə sağ qalıb. O, hətta soyuqdan qorunmaq üçün özünə kiçik bir ev də tikib.

“Uzun müddət gəzdiyindən və soyuqdan ayaqları şişmişdi, yeriyə bilmirdi”, – deyə açıqlama verən amerikalı turist Elisson Skot bildirib.

Onun sözlərinə görə, kişini tapdıqdan sonra polisə müraciət ediblər və 15 dəqiqədən sonra hadisə yerinə xilasedici helikopter gəlib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi