İki bəhreynli yeniyetmə həbsə məhkum edilib

QafqazTimes xəbər verir ki, Bəhreyn Ali Cinayət Məhkəməsi yaşı 18-dən az olan iki yeniyetməni həbs cəzasına məhkum edib.

Bəhreyndə bir məhkəmə ölkədəki siyasi böhranla bağlı iş üzrə 4 müttəhimin məhkəməsini keçirib.

Bazar ertəsi bu məhkəmə 15 yaşlı Həsən Mübarəki 3 il, 17 yaşlı Yusuf Yasiri isə 6 ay həbs cəzasına məhkum edib.

Məhkəmə həmçinin Casim və Muhəmməd adlı digər iki müttəhimi təqsirli bilərək 10 il, Salman Əli Salmanı isə15 il həbs cəzasına məhkum edib.

Bu dörd nəfər Bəhreyndə azadlıq və demokratiya uğrunda dinc yürüşlərin şahidi olan Samahic bölgəsinin sakinləridir.

Keçən il Yuvenal Ədliyyə İslahatı Aktının qüvvəyə minməsinə baxmayaraq, onun əhatə dairəsi hələ də məhkəmə sistemi ilə məhdudlaşır və beynəlxalq insan haqları təşkilatlarının fikrincə, həbsdə olan uşaqlar ondan kifayət qədər faydalanmayıblar.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq