İki əmioğlunun mübahisəsi ölümlə nəticələndi – ANBAAN VİDEO

Türkiyənin Fethiye şəhərində iş yerində əmisi oğlu ilə mübahisə edən Murat E. bir müddət sonra şəxsi avtomobili ilə hadisə yerinə qayıdıb.

Bu zaman mübahisə etdiyi əmisi oğlunun həyat yoldaşı Muratın yenidən hadisə yerinə qayıtdığını görüb və əlindəki çubuqla onun avtomobilinə hücum edib.

Hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Murat E. idarə etdiyi avtomobili əvvəl qadının, daha sonra mübahisə etdiyi əmisi oğlunun üzərinə sürüb. Hadisə nəticəsində mübahisə yerinə gəlmiş digər bir nəfər də xəsarət alıb.

İnsident nəticəsində Muratın əmisi oğlu həyatını itirib, qadın və digər şəxs ağır xəsarət alıblar.

Artıq cinayəti törətmiş Murat E. saxlanılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)