İhud Olmert: Netanyahunun Qəzzədə yeni müharibə üçün strategiyası yoxdur

İhud Olmert: Netanyahunun Qəzzədə yeni müharibə üçün strategiyası yoxdur

İhud Olmert: Netanyahunun Qəzzədə yeni müharibə üçün strategiyası yoxdur

Sionist rejimin sabiq baş naziri Netanyahu kabinetinin Qəzzə müharibəsi üçün heç bir strategiyanın olmaması və müharibədən sonrakı vəziyyət üçün konkret planının qurulmamasından xəbər verib.

Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, İhud Olmert bu gün (14 mart) deyib: Nazirlər Kabineti heç bir plan cızmadan yeni müharibəyə başlayacağını deyir. Halbuki bu vəziyyət İsraillə yanaşı bütün regionu daha ciddi böhranlarla üzləşdirəcək.

Olmert fələstinlilərin məcburi köçürülməsi barədə xəbərdarlıq edərək əlavə edib: Bu baş verərsə, daha faciəli humanitar vəziyyətlə üzləşəcəyik.

İhud Olmert həmçinin bu planın qeyri-insani olduğunu da diqqət mərkəzinə çəkərək fələstinlilərin məcburi miqrasiyası ilə tamamilə müxalif olduğunu vurğulayıb.

Related posts

Qəzzə… Atanın övladına son öpüşü…- video

Son saatlarda: 25 fələstinli şəhid oldu və bir çox insan yaralandı – video

İsrailli əsirin anası: Netanyahu əsirlərimizi öldürmək qərarı verdi!