İhud Olmert Netanyahu kabinetinin məhvini istəyir

İhud Olmert Netanyahu kabinetinin məhvini istəyir

Sionist rejimin keçmiş baş naziri Benyamin Netanahu kabinetinin məhv edilməsini vurğulayaraq növbədənkənar seçkilər olmadan Qəzzə müharibəsinin sonlandırılmasının imkansız olduğunu deyib.

İRNA-nın məlumatına əsasən, İhud Olmert bu gün (7 iyul) deyib: Netanyahu kabineti darmadağın olduğu andan etibarən İsrail yenidənqurma və məntiqli bir dünyaya qədəm qoyacaq.

İhud Olmert Həmasın hərbi gücünə işarə edərək deyib: Qəzzə müharibəsindən 9 ay ötməsinə rəğmən hələ də məğlub olmadığı üçün bu müharibə dərhal sonlandırılmalıdır.

Xatırladaq ki, Olmert bu gün səhər digər bir bəyanatda Netanyahunun istefasını tələb etdikdən sonra ümumilikdə onun kabinetinin məhv edilməsini İsrail üçün yeganə çıxış yolu hesab edərək deyib: Biz Fələstin məsələsinin idarə olunmasından əmin idik və düşünürdük ki, bu məsələnin həllinə ehtiyac yoxdur.

O, işğal olunmuş ərazilərin şimalında yaşayan yüz minlərlə sionistin didərgin düşməsinə toxunaraq əlavə edib: İsraillilər artıq Netanyahunun kabinetinə etimad göstərmirlər və bu kabinetin davamlı mövcudluğu köçkünlərin geri qayıtması üçün zəmin yaratmayacaq.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir