İhud Barak Netanyahu kabinetinin məhvinə çalışır

Sionist rejimin keçmiş baş naziri Netanyahu kabinetini “şər” adlandıraraq məhv olunması üçün xalqı genişmiqyaslı aksiya və mitinqlərə dəvət edib.

Fars Xəbər Agentliyinin məlumatına görə İ.Barak verdiyi müsahibədə hakimiyyətdə olan ifratçı nazirlər kabinetinin daxili müharibəyə səbəb olacağını xəbərdarlıq edərək deyib: Çox az bir zamanda işğal siyasətli sistem çökəcək. İsrail xalqı sükut edərsə, xoşagəlməz hadisələr baş verə bilər. Xalq gözünü açmalı və  bu mübarizənin hansı tərəfində yer tutmaq istədiklərini yaxşı düşünməlidir.

İhud Barah həmçinin vurğulayıb: Netanyahu Fələstin məsələsini siyasiləşdirib bunu din-məzhəb müharibəsinə çevirməyə çalışır. Onun həkim-xəstə münasibətlərində din, məzhəb, rəng və digər fərqlilikləri qabartmağa çalışması göz qarşısındadır. Həmçinin keçmiş müharibə, iqtisadiyyat nazirləri və bir sıra hüquq-məhkəmə məmurlarına qarşı sistematik təmizləmə siyasətini güdür.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir