İhud Barak: Bir neçə həftədən sonra General Süleymaninin röyaları gerçəkləşəcək

İhud Barak: Bir neçə həftədən sonra General Süleymaninin röyaları gerçəkləşəcək

Sionist rejimin keçmiş baş naziri Haaretzdə dərc olunan məqaləsində Həmas əleyhinə müharibədı məğlubiyyətə uğradıqlarını, İsrailin girov mübadiləsi razılaşmasına məcbur olduğunu və şəhid general Qasim Süleymaninin röyalarının bir neçə həftə ərzində gerçəkləşəcəyindən xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İhud Barak deyib: İsrail çox pis vəziyyətə düşüb və Netanyahu kabinetinin süqutuna qədər Knesset ətrafındakı etiraz mitinqləri davam edəcək.

İhud Barak həmçinin etiraf edib: İsrail hal-hazırda günü-gündən artan çıxılmaz və genişlənən bir böhran içindədir. İsrail tarixdə ilk dəfədir ki, belə bir böhranla üz-üzədir. Belə gedərsə, bir neçə həftə ərzində İranın şəhid generalı Qasim Süleymaninin röyaları gerçəkləşəcək.

Barak həmçinin 7 oktyabrda başlayan böhranın İsrail tarixində ilk dəfə qarşılaşdığı çətin vəziyyətə işarə edərək deyib: Bu müharibə bizim ən böyük məğlubiyyətimizdir və bizi strateji cəhətdən iflic vəziyyətinə salıb.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir