İcra başçısının maşını əks istiqamətdə getdi, digərləri də də ona qoşuldu (Video izlə)

Bakıda qayda pozan sürücülərin görüntüsünü həmin yoldakı digər bir sürücü qeydə alıb.

Hadisə martın 16-da paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb. Qayda pozan avtomobillərin sırasında Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin xidməti avtomobili də olub.

Belə ki, icra başçısına məxsus 01-AA-001 “BMW”, həmçinin onun ardınca bir neçə avtomobilin sürücüləri sıxlıq zamanı qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Sürücülər axına qarşı hərəkət edərək qaydaları kobud şəkildə pozublar. 

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək