İçindəki suyu qızdıra bilən ilk termos düzəldildi – FOTO

“Kimos” unikal termos üçün kraudfundinq kampaniyasına başlayıb.

Bu məhsul içindəki suyu qızdıra bilən dünyanın ilk termosu hesab olunur. O, suyu üç dəqiqədən az müddətdə qaynadır.

“Kimos”un qurucusunun sözlərinə görə, termosun ideyası yolda isti içkilər içmək istəyindən yaranıb.

Əşya həm də açıq havada fəaliyyət, səyahət və bir çox başqa ssenarilər üçün idealdır.

Su termosda dörd saata qədər isti qalır.

Kimos USB ilə sürətli şarj qabiliyyətinə malikdir. Məhsul üç rəngdədir: Qırmızı, Narıncı və Qara. Onun pərakəndə satış qiyməti 89 dollardan (151 manat – red.) başlayır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi