Türkiyənin Kapadokya bölgəsində 22 sərnişini daşıyan hava şarı qayaların arasında ilişib.
Məlumata görə, hadisəyə qarşıdan əsən külək səbəb olub. Nəticədə şar idarəetməni itirib.
Hadisədən sonra əraziyə həkimlər, polis və yanğınsöndürənlər gəliblər.
Bir müddət sonra şar nəhayət yerə endirilib. Hava şarında olan 20 turist, pilot və köməkçisi hamısı salamat qalıb.