İbrani mediası: Pegasusdan heç kim amanda deyildi

QafqazTimes xəbər verir ki, İbrani dilində nəşr olunan “Kalkalist” qəzeti bir yazısında sionist rejim polisinin son qalmaqalına toxunaraq, sionist “NSO” şirkətinə məxsus “Pegasus” proqram təminatının icazəsiz olaraq bir çox insan barədə casusluq etdiyini ortaya qoyub.

Qəzet eləcə də öz hesabatında yazır ki, ilk dəfə olaraq sionist rejim polisinin haker əməliyyatının hədəfinə çevrilmiş və NSO casus proqramı vasitəsilə mobil telefonlarındakı şəxsi məlumatları oğurlanmış onlarla sionist vətəndaşın siyahısını dərc edib.

Məlumata görə, İsrail polisi hətta istintaq işi başlamadan öncə və məhkəmə icazəsi olmadan şəxslərin qarşı casusluq etmişdir. “Kalkalist”in əldə etdiyi siyahıya bir çox tanınmış şəxslər, cümlədən sionist rejimin Nəqliyyat, Maliyyə və Ədliyyə nazirliklərinin müdirləri Karen Turner, Şey Babad və Amy Palmur da daxildir.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur