İ.Əliyev: Azərbaycan regionda İranın tarixinə qarşı məsuliyyət hiss edir

Azərbaycan Respublikası prezidenti İranın xarici işlər nazirini qəbul edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, prezident İlham Əliyev İran XİN başçısı Hüseyn Əmir Abdullahianla görüşündə Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə Azərbaycanı təbrik iranlı nazir bu ölkənin sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb.

Hüseyn Əmir Abdullahiyan Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşünün açılış mərasimindəki çıxışında çox vacib məqamlara toxunduğunu deyərək bu tədbirin əhəmiyyətini, onun gündəliyindəki çox vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb.

İranlı nazir iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu deyib, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırıb.

Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib.

Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyindəki hadisə müqəssirlərinin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib və ölkəsinin regionda İranın tarixi mənafeyinə zərbə dəyməməsi üçün çalışdığını, həmçinin öz ölkəsindən İrana hər hansı bir hücuma meydan olmayacağını ifadə edib.

Görüşdə hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olunub.

Hüseyn Əmir Abdullahiyan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir