Husilər yandırılmış Yunan gəmisinin görüntülərini yayımladı

Husilər yandırılmış Yunan gəmisinin görüntülərini yayımladı

Yəmən silahlı qüvvələri  Qırmızı dənizdən işğal olunmuş Fələstinə gedən yandırılmış gəmilərin videogörüntüsünü yayımlayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmən husiləri dünən gecə (23 avqust) Yunanıstanın SOUNİON gəmisinin necə yandığını əks etdirən görüntüləri yayımlayaraq Fələstin xalqına dəstəklərini davam etdirəcəklərini bir daha vurğulayıblar.

Husilərin media mənbələri tərəfindən paylaşılan görüntülərdə yunan gəmisinin vurulduqdan sonra alovlandığını göstərən səhnələr var.

Husilər dünən “MV Sounion” adlı gəminin İsrail limanlarına giriş qadağasını pozduğu üçün vurulduğunu açıqlamışdı.

Böyük Britaniyanın Sənadakı səfiri Abda Şərif husilərin hücumuna məruz qalan “MV Sounion” adlı gəminin heyətinin xilas edildiyini, ciddi ziyan görən gəminin isə Qırmızı dənizdə vurulmuş vəziyyətdə qaldığını açıqlayıb.

Related posts

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq

National İnterest: İranın nüvə qüdrəti enilməzdir