Husilər Tel Əvivə dronla hücum etdilər

Husilər Tel Əvivə dronla hücum etdilər

İsrail mediaları Tel Əvivdə bir partlayışdan sonra bir binanın xəsarət alması barədə xəbərlər yayımlayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmənin “Ənsar Allah” hərəkatının husi silahlıları pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Təl-Əvivə gecə zərbəsi endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qrup nümayəndəsi Yəhya Saria bildirib.

Məlumata görə, əməliyyat düşmənin ələ keçirmə sistemlərindən yan keçə bilən və radarla aşkarlana bilməyən yeni “Yafa” adlı pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.

Bildirilib ki, husilərin hərəkətlərinə cavab olaraq Təl-Əviv meri Ron Huldai gecə hücumundan sonra döyüş hazırlığının səviyyəsinin yüksəldiyini açıqlayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib