Human Rights Watch: Qəzzada təhlükəsiz yer yoxdur

Human Rights Watch bəyanat yayaraq sionist rejimin Qəzzədə artıq heç bir yerin təhlükəsiz olmadığını və sionist İsrail rejimi cinayətlərinin davamından narahat olduğunu ifadə edib.

İRNA-nın məlumatına əsasən, Beynəlxalq İnsan Haqları Müdafiə Təşkilatı bu gün (14 may) bəyanat yayaraq elan edib: Qəzzada cinayətlərin qarşısını almaq üçün beynəlxalq tədbirlərə ehtiyacımız var.

Bundan əvvəl  də BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) İsraili Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumları və fələstinli uşaqların qətlinə son qoymağa çağırmışdı. BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) sionist rejimin Qəzzə zolağında Fələstin əhalisinə humanitar yardım çatdırılmasına mane olmasına toxunaraq, Qəzzə zolağına yardımın çatdırılmasının ölüm-dirim məsələsi olduğunu vurğulamış,    Qəzzəyə təcili və zəruri olaraq humanitar yardımın çatdırılması üçün təhlükəsiz keçidə və bu sahədə fəal kadrlara ehtiyacı olduğunu elan etmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib