“Huawei” ABŞ sanksiyalarını ətlə “yarmağın” yolunu tapdı

Çinin texnoloji nəhəngi “Huawei” öz vətənində ən böyük mal əti idxalçısı oldu.

Bu barədə “Tom”s Hardware” portalı xəbər verir.

Ehtimal edilir ki, ərzaq məhsullarının idxalına yönəlmə birbaşa olaraq “Huawei”in beynəlxalq arenada imkanlarını məhdudlaşdıran ABŞ sanksiyalarının nəticəsidir. Öz biznesini dəstəkləmək üçün alternativ yollar axtaran şirkət ixrac olunan telekommunikasiya avadanlıqlarının ödənişi kimi məhsulları qəbul etməyə başlayıb.

Bu məhsulların daxili bazarda satışı üçün ixtisaslaşmış “Mossel” brendi yaradılıb, həmçinin Çili qızılbalığı, Yeni Zelandiyadan treskası, krevet kimi məhsulları almağı mümkün edən onlayn mağaza işə salınıb.

Natural ödənişin seçilməsi həmçinin bəzi ölkələrdəki iqtisadi qeyri-sabitliklə də əlaqədardır. Məsələn, Argentinada artan inflyasiya səbəbindən “Huawei” öz gəlirlərinin sabitliyini yerli valyuta ilə deyil, əmtəə ekvivalenti ilə təmin etməyə qərar verib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi