Honkasalo: İsrail malları almayaq!

QafqazTimes.com Finlandiya mətbuatına istinadən xəbər verir: Finlandiya parlamentində İsrailin Fələstini işğal etməsinə, sionist rejimin hərbi cinayətlərinə etiraz səslənib. Parlamentin nümayəndəsi Veronika Honkasalo İsrailin cinayətlərinə Avropadakı  sükutu pozaraq bu rejimi işğalçı, cinayətkar adlandırıb. Honkasalo İsrail istehsalı olan məhsulların Finlandiyada qadağan edilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb. O deyib: İsrail Fələstin torpaqlarını işğal edib. Onlar beynəlxalq humanitar yardım hüququnu pozur. İsrail işğal etdiyi torpaqlardan fəsləstinliləri çıxarır, yeni qəsəbələr salır. Biz qanunsuz yəhudi qəsəbələrinin müdafiəsinə son qoymalıyıq.

İsrailin əsil simasını avropalılar daha yaxşı tanıyır. Sadəcə Avropa dünyada demokratiyanın, söz azadlığının pozulduğu mərkəz kimi həqiqətləri ört-basdır edir. Avropada Holokasta qarşı çıxışın cinayət sayılması bu barədə şübhələrə son qoyur.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya