Hollandiyalı vəkillər Netanyahunun həbsini tələb edir

netanyahu

Hollandiyalı vəkillər sionist rejim baş nazirini Qəzzə müharibəsindəki cinayətlərinə görə həbs orderinin verilməsini tələb ediblər.

Əl Aləm telekanalının Əl Cəzirəyə istinadən verdiy məlumatına əsasən, Hollandiyalı vəkillər Haaqa məhkəməsinə petisiya təqdim edərək Netanyahu və digər İsrail rəsmilərinin həbsinə order verilməsini və onun ən qısa zamanda icrasını tələb ediblər.

Qeyd edək ki, bundan əvvəl  Yediot Aharonut qəzeti sionist rejim  rəsmilərinin həbsi barədə orderin Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən gizli şəkildə veriləcəyindən nigarançılığı və baş nazir Benyamin Netanyahunun bu məsələdən narahatlığını gizlətmədiyindən xəbər vermişdi.

Xatırladaq ki, Aprelin 25-də işğalçı İsrailin baş naziri Benyamin Netanyahu barədə də Haaqa Məhkəməsi tərəfindən hökm çıxarılma ehtimalı barədə xəbər vermişdi. Ondan əvvəl də Middle East Eye internet saytı da xəbər vermişdi ki, işğalçı İsrailın Beynəlxalq Ədalət Məhkəməsinin mayın sonunda bu rejimin yüksək səviyyəli təhlükəsizlik və siyasi məmurlarının həbsinə order verə biləcəyindən narahatdır.

Related posts

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi

Hollandiya İsrail rejiminin səfirini çağırıb

Türkiyə İsraillə məxfi danışıqlar aparır