Yüzlərlə hollandiyalı Haaqa şəhərində müsəlman İsveç və Danimarka səfirlikləri qarşısında Quranın yandırılmasına etiraz edərək aksiya keçiriblər.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, aksiya iştirakçıları əllərində “müsəlmanlara qarşı nifrətə son” yazılı plakatlar tutublar. Bundan əlavə, etirazçılar islamafobiya və Quranın təhqir edilməsi əleyhinə şüarlar səsləndiriblər.
Məlumata görə bu aksiya Hollandiyanın islami təşkilatları tərəfindən təşkil olunub.
Qeyd edək ki, avqustun 18-də Haaqa şəhərində də müsəlmanlara qarşı hərəkatın lideri Türkiyə səfirliyinin qarşısında Quranı cırmışdı. Nümayişçi Edvin Vaqensveld daşqalaq edildikdən sonra 20-yə yaxın polis onu izdihamdan qorumuşdu.
Bu il iyunun 28-də İsveçdə Quranın yandırılması ilə bağlı aksiya keçirilib və bu aksiya İslam dövlətlərinin etiraz və qınağına səbəb olub. Bunu yerli polisin icazəsi ilə 37 yaşlı iraq əsilli Salvan Momika adlı mühacir etdikdən sonra islam müqəddəslərinə qarşı insidentlər Danimrkada da təkrar olunub.