Hobbisi ilə ailəsini dolandıran balıqçının görüntüsü trend oldu – FOTO

Türkiyənin İzmir şəhər sakini Miraç Yazıcı öz ailəsini sevdiyi məşğuliyyətlə dolandırır.

Yeniyetmə yaşlarından balıq tutmaqla məşğul olan izmirli gününün 12 saatını suda keçirir.

Onun çayın ortasında stulda oturaraq balıq tutduğu görüntü sosial şəbəkələrdə trendə çevrilib.

Yayılan fotoya fikir bildirən təcrübəli balıqçının məsələyə münasibəti qısa olub.

“Gənclər kafelərdə gün keçirməkdənsə, gəlib balıq tutsunlar”, – deyə Miraç Yazıcı qeyd edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi