Hizbullahın təcavüzkarlara ölümcül tələsi / 15 əsgər öldü

Livan müqavimətinin səhra komandiri sərhəd bölgələrində Udeysə ətrafında Hizbullahın təşkil etdiyi gecə pusqusunda 15 sionist hərbçinin öldürüldüyünü açıqlayıb.

Əl-Məyadin-in verdiyi məlumata görə, Hizbullahın səhra komandiri bildirib ki, sionist təcavüzkarlar Livanın sərhəd məntəqələrində Udeysə ətrafında Livan ərazisinə soxularkən onlara qarşı uğurlu pusqu qurulub.
Müqavimət döyüşçüləri “Ləbbeyk ya Nəsrullah” şüarı ilə onlara qarşı atəş açmağa başladılar və düşmən geri çəkilməyə məcbur oldu.

Livan İslami Müqavimətinin səhra komandirinin ifadəsinə əsasən, bu hücumda təcavüzkar əsgərlərdən ən azı 15-i öldürülüb.

Related posts

Netanyahunu görən olub? ))

Tarixi Palmira dağıdılır…

Hizbullahın yüksək rütbəli komandirinin qızına təvazökar cavabı