Hizbullahın sionist rejimin Məscidül-Əqsaya hücumu ilə bağlı bəyanatı

QafqazTimes xəbər verir ki, Livanın Hizbullah hərəkatı ötən gün günorta İsrail ordusunun Məscidül-Əqsaya hücumu ilə bağlı bəyanat yayıb.

Hizbullah bəyan edib: “Biz işğalçı rejim qüvvələrinin Məscidül-Əqsaya hücumunu, onların namaz qılanlara qarşı vəhşiliklərini və Qüds xalqına qarşı düşməncəsinə hərəkətlərini və işgəncələrini şiddətlə qınayırıq.”

Bəyanatda həmçinin deyilir: “Biz Məscidül-Əqsanı müdafiə edən işğal olunmuş Qüdsdəki mücahid Fələstin xalqı ilə həmrəy olduğumuzu bildirir, onların cəsarətini və İsrailin terror maşını ilə qəhrəmancasına mübarizəsini alqışlayırıq.”

Livanın müqavimət hərəkatı əlavə edib: “İşğalçı rejim qüvvələrinin Əl-Əqsa məscidinə qarşı bu hörmətsizliyi bir milyarddan çox müsəlmanın hisslərinə toxunmaq və dünyanın azad insanlarını qıcıqlandırmaq idi.”

Hizbullah sonda İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası, ərəb və İslam ölkələrini bu terror qarşısında dini və mənəvi öhdəliklərini yerinə yetirməyə və Qüds xalqına dəstək verməyə çağırıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya