“Hizbullah”ın sionist rejimin 2 fabrikinə raket hücumu + video

Xəbər mənbələri Livandan bir neçə raketin atılmasından sonra işğal olunmuş ərazilərdə 2 fabrikdə yanğın baş verdiyini və onlara ziyan dəydiyini bildirib.

Bu xəbərə əsasən, Sionist Ordu Radiosu çərşənbə günü etiraf edib ki, Hizbullahın işğal altındakı Fələstinin (İsrailin) şimalına son raket hücumunda Həyfa körfəzindəki iki fabrik hədəfə alınıb və onlara çoxlu ziyan dəyib.
Artıq İsrailin rejimində bir çox zavod və fabriklər və digər iş yerləri raket hücumlarının qorxusundan tətil olunub. Bu isə işsizliyə və digər iqtisadi problemlərə səbəb olub.
İsrail ordusu daha sonra qeyd edib ki, son saatlarda Livandan Həyfa körfəzi və Yuxarı Cəlilə 25 raket atılıb.

Xəbərə görə, bu gün səhər saatlarından etibarən işğal olunmuş ərazilərə doğru 4 pilotsuz uçuş aparatı buraxılıb.

Qafqaztimes

Al-alam

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya