Hizbullahın Səfad şəhərinə amansız hücumları

Çərşənbə günü səhər sionist İsrail rejiminin mediası Livanın cənubundan Safəd şəhəri və ətraf qəsəbələrə davamlı raket hücumlarının olduğunu elan edib.

Fələstin mətbuatının məlumatına görə, bu hücumlardan sonra bu ərazilərdə raket atəşi təhlükəsi ilə bağlı həyəcan təbili çalınıb.

Bu xəbərə əsasən, Livanın cənubundan Safəd şəhərinə 20-yə yaxın raket atılıb və bu, on minlərlə sionistin gecənin gec saatlarında sığınacaqlara qaçmasına səbəb olub.

Bununla bağlı İsrail ordusu dünən axşam saatlarında Hizbullahın Hayfa və əl-Krayut istiqamətlərinə ən azı 25 raket atdığını etiraf edib.

Sionist ordusu bazar ertəsi səhər saatlarında Livanın cənubunun müxtəlif bölgələrinə genişmiqyaslı hücumlar təşkil edib və bu hücumlar indiyədək davam edir.

Livan Hizbullahı bu ölkədə mülki əhalinin hədəf alınması qarşısında səssiz qalmayıb; Hizbullah ilk dəqiqələrdən işğal altındakı Fələstinin şimalında sionistlərin mövqeləri və yaşayış məntəqələrinə qarşı çoxsaylı əməliyyatları gündəmə gətirib və ötən günlər və saatlar ərzində yüzlərlə raket atmaqla sionist rejimin mövqelərini bombalayıb.

Qafqaztimes

Al-alam

Related posts

Şiə əqidəsini bütün ideologiyalardan fərqlənirən əsas – video

Haradadır “dinimiz insanlıq”dır deyənlər? – video

Trampdan intiqam alacağıq