Hizbullahın Məcdəl Şəms hadisəsinin səbəbi ilə bağlı fərqli açıqlaması

Qafqaztimes xəbər verir ki, Livan Hizbullahının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi “Məhəmməd Əfif” Hizbullahın “Məcdəl Şəms” qəsəbəsinə hücumla bağlı ittihamı qəti şəkildə rədd etdiyini bildirib.

Əfif vurğulayıb: Biz bəzi düşmən mediasının işğal altındakı Colanda Məcdəl Şəmsə hücumla bağlı iddialarını qəti şəkildə rədd edirik.

O əlavə edib: Müqavimətin bu hadisə ilə heç bir əlaqəsi olmadığını vurğulayırıq və bununla bağlı bütün yalan iddiaları qəti şəkildə rədd edirik.

Hizbullahın Məcdəl Şəms hadisəsinin səbəbi ilə bağlı fərqli açıqlaması

Amerikanın Axios xəbər saytı Amerika rəsmisinə istinadən yazıb ki, Hizbullah açıqlayıb ki, Suriyanın işğal altındakı Colan bölgəsindəki Məcdəl Şəms məntəqəsində baş verən hadisənin səbəbi İsrailin raketi sistemidir.

Livan mediasının verdiyi məlumata görə, Hizbullah bu hesabatla bağlı BMT-ni məlumatlandırıb və bir daha vurğulayıb ki, işğal olunmuş Colanda Məcdəl Şəms hadisəsinin səbəbi sionist rejimin raket sistemi olub.

Livan Hizbullahının bu hadisədə əli olduğunu inkar etməsinə baxmayaraq, sionist hakimiyyət Hizbullahı ittiham edib və genişmiqyaslı müharibə ilə hədələyib.

Sionist ordusu iddia edib ki, əldə etdiyi məlumatlara görə Məcdəl Şəmsə hücumun arxasında Hizbullah dayanıb.

Livan Druzi icmasının rəhbəri Vəlid Cümblat da elan edib: Hizbullahın Məcdəl Şəmsə hücumu inkar etdiyini nəzərə alaraq, düşmənin parçalanma və sui-istifadə cəhdlərinə qarşı xəbərdarlıq edirik. Biz İsrail düşməninin təfriqə, parçalanma yaratmaq və bölgəni zəiflətmək cəhdlərini pisləyirik. Biz işğalçıların cinayətlərinə qarşı mübarizə aparan müqavimətin və döyüşçülərin yanındayıq.

mehr

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya