Hizbullahın Hayfaya hücumunda 5 sionist yaralandı

Hizbullahın Hayfaya hücumunda 5 sionist yaralandı

Sionist rejim mediaları Livan müqavimətinin Həyfaya raket hücumunda 5 hərbçinin yaralandığını elan edib.

İRNA-nın məlumatına əsasən, İsrael Hayom qəzeti dünən (16 noyabr) Həyfa şəhərinin bütün elektrik cərəyanının kəsildiyindən xəbər verib.

Məlumata görə Livan Həyfaya 10 raket atıb. Bəzi raketlərin zərərsizləşdirildiyi iddia edilir.

Əl Cəzirə telekanalının sionistlərin 14-cü kanalına istinadən verilən məlumatında Həyfa şəhərində bir neçə binanın tam dağıldığı deyilir. Həyfanın Əl Kərməl bölgəsində də bir bina ağır xəsarət görüb.

Livan müqaviməti son günlər ciddi surətdə sionist rejim hərbçilərinin toplantılarını və Həyfa şəhərinin həssas hərbi bölgələrini hədəfə alır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib