Hizbullahın Fələstin xalqına dəstəkləri davam edir

Hizbullahın Fələstin xalqına dəstəkləri davam edir

Livan Hizbullahı sionist rejimin Merkava tankını məhv etməklə bir daha Fələstin xalqına dəstəklərini davam etdirəcəyini vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Hizbullah dünən gecə (24 may) bəyanat yayaraq işğal olunmuş Fələstinin şimalında yerləşən sionist rejimin Şatula məntəqəsindəki hərbi mövqeyinə kontrollu raketlərlə hücum etdiyini, bir Merkava tankını sıradan çıxardığını elan edib.

Bəyanatda deyilir: Merkava tankı tamamilə məhv edildi və sərnişnləri həlak oldu. Tank ətrafında olan sionist hərbçilər isə artilleriya güllələri ilə vuruldu.

Məlumata görə Hizbullah həmçinin sionistlərin Dovivo hərbi düşərgəsini də Fələq raketləri ilə hədəfə alıblar. Həmçinin İsrailin texniki kəşfiyyat təchizatı olan Əl Minarə bölgəsindəki anbarını partladıblar. Eləcə də Kəfər Şuba yüksəkliklərindəki Əl Rəmsa düşərgəsi də hədəf mərkəzində olub.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir