Hizbullahın baş katibi: Kiminsə Livanda fitnə törətməsinə icazə verməyək!

Hizbullahın baş katibi: Kiminsə Livanda fitnə törətməsinə icazə verməyək!

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah xalqı daxili qüvvələr arasında hər hansı bir fitnənin törənməsinə icazə verməməyə dəvət edib.

İRNA-nın məlumatına əsasən, Seyid Həsən Nəsrullah bu gün (15 iyul) deyib: Bu gün Hizbullah Əməl Hərəkatı ilə Kəfər Kəlada şəhidlərin dəfn mərasimində birlik nümayiş etdirdi və biz heç bir kəsə aramızda fitnə törətmək icazəsi verməməliyik.

Livan Əl Əhd internet portalının veridyi məlumata görə Seyid Həsən Nəsrullah İmam Hüseynin şəhadət gecəsinə həsr olunmuş məclisdəki çıxışında deyib: İndiki dövrdə xalq nümayəndələri arasında fitnəkarlıq yaratmaq istəyənləri nifrin etmək lazımdır. Çünki hal-hazırda biz daxili çaxnaşmalarla bərabər regional problemlər yaşayırıq.

Seyid Həsən Nəsrullah həmçinin təhlükəsizlik nöqteyi-nəzərindən həssas bir zamanda Livanın cənub bölgələrindəki qardaşlarımızı azadcasına qərar vermək ixtiyarının verildiyini də vurğulayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib