Hizbullahın baş katibi: İsrailin Livana hücumuna mane olan amil müqavimətlə qarşılaşma qorxusudur

Qafqaztimes xəbər verir ki, Hizbullah lideri Seyid Həsən Nəsrullah 2006-cı ildə 33 günlük müharibədə sionist düşmənə qarşı müqavimətin qələbəsinin ildönümü ilə əlaqədar bir çıxış edib.

O, çıxışında bildirib: “Böyük qüdrətlərin dəstəklədiyi düşmən müqavimətlə mübarizənin nəticələrindən qorxur. Sionist düşmən, daxili cəbhədə baş verə biləcək müharibənin nəticələrindən qorxduğu üçün ordusu müqavimətlə üzləşməkdən çəkinir. Bu gün düşmən Fələstində baş verənlər və müqavimətin gücünün artması səbəbindən əvvəlkindən daha çox öz varlığından narahatdır. 2006-dan əvvəl və sonra Sionist düşmənin əsas narahatlığı müqavimətin silahı olub.”

Nəsrullah belə əlavə edib: “İsrailin qiymətləndirməsi budur ki, İslam Müqavimətinin yaratdığı qorxu balansı hücumlar vasitəsilə aradan gedəcəkdir. Lakin müqavimət raketlərinin imkanları və keyfiyyəti artıb. Belə ki, çox sayda dəqiq raketlərə sahibik. Atdığımız addımlara görə məsuliyyət daşımağa cəsarətimiz var və verdiyimiz bəyanat, atılan raketlərimiz kimi, bütün mesajımızı düşmənə çatdırdı. Düşmənə mesajımız budur: Sən açıq sahəni bombaladın, ona görə biz də açıq sahəni bombaladıq.”

Hizbullahın baş katibi həmçinin qeyd edib: “İsrailin Livana endirəcəyi istənilən hava zərbəsinə uyğun və lazımi bir şəkildə cavab veriləcəkdir.”

Related posts

Netanyahunu görən olub? ))

Tarixi Palmira dağıdılır…

Hizbullahın yüksək rütbəli komandirinin qızına təvazökar cavabı