Hizbullah: Bəhreyn İsraillə münasibətləri normallaşdırmaqla tarixi cinayət törədib

QafqazTimes xəbər verir ki, Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim Beyrutdakı Əl-İmdad mədrəsəsində İmam Əlinin (ə) mövludu mərasimində çıxışı zamanı deyib: “Hizbullah parlament seçkilərinin keçirilməsində ən maraqlı və dəstək verən tərəflərdən biridir ki, insanlar bu yolla öz sözünü deyə və seçə bilsinlər. Biz irəliləyirik və bu çətin və gərgin mərhələdən yeni (seçkilərdən sonrakı) mərhələyə keçməkdəyik.”

O, həmçin deyib: “Biz əminik ki, Livan xalqı biz seçdiyimiz nümayəndələrə səs verəcək, çünki biz xalqın içindəyik və onların yanındayıq.”

Hizbullah baş katibinin müavini Naftali Bennetin Bəhreynə səfərinə toxunaraq əlavə edib: “İsrailin baş naziri Bəhreynə səfər edir və bu, Bəhreyn liderlərinin xain hərəkətidir. Əgər Manama bu normallaşmanın Bəhreyn hökmdarlarını xalq qarşısındakı vəzifələrindən qoruyacağına inanırsa, yanılırlar. Əgər kompromisə gedənlər İsrailin onlara nəsə verəcıyini düşünürlərsə, yanılırlar, çünki İsrail alır, vermir. İsrail Fələstini işğal edib, dağıdıb, indi də uşaqları öldürməklə, əsir götürməklə, işgəncə verməklə, qətllə bütün torpaqları ələ keçirmək istəyir. Bəhreyn bu normallaşma ilə tarixi cinayətə mürtəkib olub.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri