Hizbullahdan sionist rejimə daha bir zərbə

Hizbullahdan sionist rejimə daha bir zərbə

Livan Hizbullahı bəyanat yayaraq Qəzzə xalqının intiqamı istiqamətində sionist rejimin hərbi mövqelərini, o cümlədən işğal olunmuş Fələstində israilli hərbçilərin toplandığı məkanları hədəfə aldıqlarını elan edib.

İRNA-nın məlumatına əsasən, Hizbullahın bugünkü (25 iyul) bəyanatında deyilir: Sionist rejimin Əl Minarə qəsəbəsində hərbçilərin toplandığı mövqeyi münasib silahla hədəfə aldıq məqsədimizə nail olduq.

Bəyanatda həmçinin deyilir: Əl Minarəyə hücumda məqsədimiz düşmən sionistin Kəfər Həmama hücumuna cavab və onun intiqamını almaq idi ki, biz məqsədimizə çatdıq.

Sionist rejim mediaları da bu xəbəri təsdiqləyən məlumatlarda Şətula səmtinə atılan 4 raket nəticəsində bir böyük binanın xəsarət aldığını qeyd ediblər.

Məlumata görə Əl Minarə qəsəbəsinə atılan raket nəticəsində böyük yanğın baş verib və yanğınsöndürmə maşınlarının onu söndürmək cəhdləri davam edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib