Hizbullah: Ukrayna ABŞ-ın müttəfiqlərini tək buraxmaq adətinin digər bir nümunəsidir

QafqazTimes xəbər verir ki, Hizbullahın İcraiyyə Şurasının sədri Seyid Haşim Səfyuddin bildirib: “Rusiya və Ukrayna arasında baş verən hazırkı proseslər ABŞ-ın müttəfiqlərini tək buraxmasına digər bir dəlildir.”

Əl-Əhd-in məlumatına görə, o, bəzilərinin ABŞ-ın dəstəyinə arxalanmasının yanlış olduğunu bildirərək, Livanın və bölgənin bütün fəlakətlərdən azad edilməsinin ABŞ hegemonluğundan real qurtuluşla mümkün olacağını bildirib.

Səfyuddin daha sonra deyib ki, Birləşmiş Ştatlar öz maraqlarının təhlükə altında olduğunu anlayanda öz maraqlarını qoruyaraq, dəstək və əməkdaşlıq vəd etdiyi şəxslərdən belə üz döndərir.

O, əlavə edib ki, ABŞ və Qərb ukraynalıları təxribata çəkdikdən sonra bu gün Ukrayna təkbaşına mübarizə aparır. ABŞ prezidenti Co Bayden məsələnin ciddi olduğunu gördükdən sonra bu hərbi münaqişədə iştirak etməyəcəyini açıqladı.

Səfyuddin son belə əlavə edib: “Bu, Livanda bildiyimiz kimi Birləşmiş Ştatların reallığıdır. ABŞ dəfələrlə vədə verdiyi və ya aldatdığı şəxsləri meydanda tək qoyub. Onları Livandakı fitnə cəhənnəminə sürüklədikdən sonra öz hallarına buraxıb.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?