Hizbullah son zamanda hərbi qüdrətinin sadəcə 5%-dən istifadə edib

Sionist rejim informasiya qaynaqları Livan Hizbullahının son zamanlarda hərbi qüdrətinin sadəcə 5%-dən istifadə etməsi barədə məlumatlar dərc edərək İsraildən çəkinmədiyindən xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim mediaları Livan Hizbullahının imicinə zərbə vurmaq xarakterli məlumatlar dərc etmələrinə baxmayaraq, hərbi gücünün çoxluğu, son günlərdə qüdrətinin sadəcə 5%-ni meydana çıxardığını etiraf ediblər.

Məlumata əsasən, sionist medialar Hizbullahın imicinə zərbə vurmaq üçün onu “şeytansifət” adlandırdığı hərəkatın katibi Seyid Həsən Nəsrullahın ərəb dünyasında ən şücaətli insan olduğunu da gizlətməyiblər. Onların yazdığına görə Seyid Həsən Nəsrullah İsrailddən qorxmur, çəkinmir və heç bir şeylə onun təhdid etmək mümkün deyil.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur