Hizbullah sionist rejimin ən azı 11 əsgərini məhv edib – Ətraflı

Livan Hizbullahına bağlı media xəbər verib: Malikiyyə mövqeyindən Livana soxulmağı planlaşdıran sionist əsgərlərdən ibarət bir bölmə Livanın cənubundakı Aytoron şəhəri ətrafında Hizbullahın pusqusuna düşüb.
Hizbullahın məlumatlı mənbəsi mediaya bildirib ki, hazırda Malikiyyə-Aytoron ətrafında müqavimət qüvvələri ilə sionist ordusu arasında şiddətli toqquşmalar gedir və sionist ordu bu gündən bəri Livanın cənubuna sızmaq cəhdində böyük itki və tələfatlar verib. Çərşənbə axşamı Hizbullah qüvvələri sionist rejimin hücumlarını dəf etməklə bu rejimin ən azı 11 əsgərini məhv edib və onlarla əsgəri yaralayıb.

Hizbullahın sionist hərbçilərə raket və minaatan hücumları

Hizbullah bildirib: Sionist Yerun qəsəbəsində düşmən əsgərlərinin toplantısını raket hücumları ilə hədəfə aldıq.

Düşmən əsgərlərinin “Bəvabe Fatemeh”ə nüfuz etmək və irəliləməsini minaatan hücumları ilə dəf etdik.

Şatula ilə Əl-Raheb arasında düşmən əsgərlərinin toplaşdığı yeri bombaladıq.

Qafqaztimes-Al-alam

Related posts

Terrorçu İsrail hərbçiləri məhv edildi!

Sionist medialar İranın raket hücumlarının ilkin görüntülərini yayımlayıb

Sabah Aliməqam Rəhbərin imaməti ilə cümə namazı qılınacaq