Hizbullah sionist rejim kəşfiyyat avadanlığını məhv etdi

Hizbullah sionist rejim kəşfiyyat avadanlığını məhv etdi

Livan Hizbullahı bəyanat yayaraq sionist rejimin 2 hərbi düşərgəsində kəşfiyyat təchizatını məhv etdiyindən xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hizbullahın bu gün (14 iyun) yayımladığı bəyanatda deyilir: İslami Müqavimət döyüşçülərimiz Qəzzə xalqına dəstək istiqamətində sionist rejimin Moskaf Am hərbi düşərgəsindəki casusluq təchizatını münasib silahla hədəfə alaraq məhv etdilər.

Hizbullah digər bir bəyanatda elan edib: sionist rejimin Cəlləd Dəyr hərbi düşərgəsində kəşfiyyat sistemlərini tamamilə sıradan çıxardıq.

Xatırladaq ki, Livan Hizbullahı bu gün (14 iyun) səhər də 4 bəyanat yayaraq müqavimət döyüşçulərinin sionist işğalçıların 4 hərbi düşərgəsini vurduğunu elan etmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib