Hizbullah sionist hərbçilərin toplantısını darmadağın edir

Hizbullah sionist hərbçilərin toplantısını darmadağın edir

Livan Müqaviməti ötən gün 30-31 əməliyyatında İsrail hərbçilərinin toplantılarını raket və PUA-larla darmağın etdiyini elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan Hizbullahı bu gün (16 noyabr) bəyanat yayaraq elan edib: İntihari uçuş aparatları və raketlərlə sionist hərbçilərin toplandığı məkanları hədəfə alaraq onları darmadağın etdik.

Ötən gün ərzində Livan müqaviməti sionist rejimin hərmi mövqələrini hədəfə alması barədə ayrı-ayrılıqda 31 bəyanat yayıb və bu əməliyyatların uğurla bitdiyini elan edib.

Digər bir xəbərdə deyilir: Hizbullah bəyanatında cümə axşamı günü işğal olunmuş Fələstində sionist rejimin mövqelərinə qarşı 32 əməliyyat həyata keçirdiyini açıqlayıb.

Livan Hizbullahı bir neçə dəqiqə əvvəl yayımladığı bəyanatda işğal altındakı Əkka şəhərinin şimalında yerləşən İsrailin Şraqa bazasının raket hücumu ilə hədəf alındığını açıqlayıb.

Hizbullah başqa bir açıqlamada Xeybər əməliyyatları silsiləsi çərçivəsində ilk dəfə Təl-Əvivdəki “Tel Hayim” bazasını hədəf aldığını bildirib.

Bu baza İsrail ordusunun Livan sərhədindən 120 kilometr aralıda yerləşən Təl-Əviv şəhərindəki kəşfiyyat bölməsidir.

Hizbullah başqa bir bəyanatda İsrail qüvvələrinin Tirharfa qəsəbəsinin qərb ətrafında toplaşdığı yerə raket hücumu təşkil etdiyini açıqlayıb.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib