Hizbullah raketləri Keryat Şamunu zülmətə qərq etdi

Livan müqavimət dəstələri Fələstinin şimalında yerləşən Keryat Şamun sionist qəsəbəsinə raket hücumu ilə bu qəsəbəni zülmətə qərq ediblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim mediaları Livan Hizbullahının Keryat Şamuna raket hücumu etməsi barədə xəbər və videolar yayımlayıb.

Bəzi ibri media vasitələri yayımlanan videolara izahat verərək Hizbullahın sionist qəsəbə sakinlərinin evlərindən didərgin düşdüyünü, qəsəbənin “ruhlar vadisi”nə çevrildiyindən xəbər veriblər.

İsrail radiosunun məlumatına görə 7 oktyabrdan sonra Livan Hizbullahı Fələstinin şimalında 200 min sionisti sığınacaqlara getmək məcburiyyətində qoyub.

Məlumata görə həmçinin dünən axşamüstü Hizbullah 3 pilotsuz təyyarə ilə qəsəbə sakinlərini sığınacaqlara getməyə məcbur edən təhlükə siqnallarının işə düşməsinə səbəb olub.

Hizbullah bu xüsusda bir bəyanat yayaraq elan edib: Bu gün (23 aprel) Okka şəhərinin şimalında sionist rejim ordusu əleyhinə hərbi kombinasiya əməliyyatları keçirdik.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir