Hizbullah rəsmisi: ABŞ-ın müzakirə təklifini qəbul etmədik

Livan Hizbullahının yüksək rütbəli rəsmisi Fələstin xalqına dəstəklərinin davam edəcəyini elan edərək deyib: Bizim yüksək hərbi potensiallarımız var və Amerikanın dəfələrlə bizə müzakirə təkliflərini qəbul etməmişik.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hizbullahın sərhəd və qaynaqlar şöbəsinin müdiri Noaf Əl Musəvi deyib: İsrailin locestik bacarığı yoxdur və gündəlik hərbi sursatla Qəzzəyə hücum edə bilməzdi.

Əl Məyadin telekanalına müsahibə verən Noaf Əl Musəvi deyib: Hizbullahla əlaqə saxlayan bəzi qüdrətlər Əl Qəssam batalyonlarını Həmasa etdikləri təkliflə razılaşdırmamızı istəyirdi. Amma onlar bu zəmində qərarların yalnız müqavimət və Fələstin xalqının verdiyini unutmuşdular.

Bu gün Qəzzədə baş verənlər dünya miqyasında misli görünməmiş hadisədir. Biz bir daha Livanın islami müqavimətinin heç bir vəchlə Qəzzəli qardaşlarımızı tək qoymayacağımızı, düşmən əleyhinə müharibədə çiyin-çiyinə vuruşacağımızı vurğulayırıq – Noaf Əl Musəvi qeyd edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib