Hizbullah: Müqavimət cəbhəsi Hacı Qasimin başçılığı altında ümidləri bərpa etdi

QafqazTimes xəbər verir ki, dünən Beyrutun cənubunda səudiyyəli şiə ruhanisi Şeyx Nimr Baqir əl-Nimrin şəhadətinin altıncı ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Şeyx Nimr kimi tanınan Nimr Baqir Əl-Nimr (1338-1394) səudiyyəli şiə din xadimi və Ali-Səud hökumətinin tənqidçisi olub. O, 2014-cü ilin dekabrında vətən xaini və azğın inanclara malik olmaq, hökumətə tabe olmaqdan imtina etmək və xalqı Ali-Səud rejimini devirməyə dəvət etməkdə ittiham edilərək edam cəzasına məhkum edilib.

Bu böyük şiə ruhanisinin 2016-cı il yanvarın 2-də edam edilməsi regionda və onun hüdudlarından kənarda ciddi etirazlarla qarşılandı.

Şəhid Şeyx Nimrin dünən Beyrutda keçirilən anım mərasimində Livan və regionun bir sıra siyasi, dini və mədəniyyət xadimləri, həmçinin Səudiyyə müxalifətinin nümayəndələri iştirak ediblər.

Livan Hizbullahının İcraiyyə Şurasının sədri Şeyx Seyid Haşim Səfiyuddin bu mərasimdə çıxışı zamanı deyib: “Şeyx Nimr əxlaqi, dini və siyasi rolunu yerinə yetirərkən şəhid oldu.”

Seyid Səfiyuddin bu çıxışında həmçinin müqavimət hərəkatının şübhəsiz qalib gələcəyinə toxunaraq deyib: “Müqavimət cəbhəsinin Hacı Qasimin komandanlığı ilə gördüyü işlər, ümidləri bərpa etdi və İslam ümmətinin şərəf və şəxsiyyətini qorumaq üçün bizi nicat yoluna dəvət etdi.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur