Hizbullah Mahmud Hüseyn Səədin şəhadətini təsdiqlədi

Hizbullah Mahmud Hüseyn Səədin şəhadətini təsdiqlədi

Livan Hizbullahı bəyanat yayaraq “Baqir” ləqəbli Mahmud Hüseyn Səədin sionist rejimin cənub bölgələrinə hücumunda şəhid olduğunu təsdiqləyib.

İRNA-nın məlumatına əsasən, Bəyanatda deyilir: “Baqir” Qüdsün azadlığı yolunda şəhid oldu.

Mahmud Hüseyn Səəd 1963-cü il Livanın cənubundakı Ədlun qəsəbəsində anadan olub və dünən (22 sentyabr) sionist rejimin Əl Xəyyam və İtrun qəsəbələrinə bombalı hücumlarında şəhid olub.

Qeyd edək ki, dünən gün ərzində ümumilikdə təxminən 290 hədəf, o cümlədən minlərlə raket buraxılışı qurğusu vurulub. Hizbullah da bu hücumlara cavab verib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib