Hizbullah lideri “Ərbəin” əməliyyatına görə müqavimətə təşəkkür etdi

Hizbullah lideri “Ərbəin” əməliyyatına görə müqavimətə təşəkkür etdi

Livan Hizbullahının baş katibi müqavimət qüvvələrinin “Ərbəin Günü” adlı uğurlu əməliyyatına görə öz təşəkkürünü bildirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Həsən Nəsrullah dünən (25 avqust) sionist rejimin şəhid Fuad Şükrünün terroruna cavab olaraq baş tutmuş “Ərbəin Günü” adlı əməliyyatın uğurla bitməsi münasibətilə Hizbullah müqavimət qüvvələrinə öz minnətdarlığını bildirib.

Allahdan müqavimət qruplarının bu cihadını qəbul etməsini arzulayan Seyid Həsən Nəsrullah bir mesajda deyib: Allahın salamı olsun siz mücahidlərə! Hamılıqla alnınızdan öpür, Allah Taaladan bu cihadınızı qəbul etməsini diləyirəm. Vəssəlamu Əleykum və Rəmətullahi və Bərəkatuh.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib