Hizbullah İsrailin Branit düşərgəsini hədəfə aldı

Livan müqaviməti bəyanat yayaraq sionist rejimin 2 hərbi bazasını hədəfə aldığını elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan Hizbullahının bu gün (21 dekabr) yaydığı bəyanatda deyilir: Qəzzə zolağında Fələstin xalqının müdafiə prinssipinin davamında bu gün Branit hərbi düşərgəsinə raket hücumu həyata keçirdik.

İslami müqavimət Livan şəhər və kəndlərinin müdafiəsi üçün əlindən gələni əsirgəməyəcək və təcavüzkarlarla mübarizəni davam etdirəcək.

Bəyanatın davamında deyilir: İslami müqavimət Kəryat Şəmuna qəsəbəsini də katyuşa raketləri ilə hədəfə aldı. Nəticədə düşmən ciddi tələfat verdi.

Qeyd edək ki, sionist rejimin Qəzzə zolağındakı vandallığının artması, soyqırımı missiyasının davam etməsi ilə Livan müqavimət qrupları işğalçı rejimin hərbi düşərgə və bazalarına pilotsuz aparat və raketlərlə hücum edir, düşmənə zərbələr vurmaqla vətənpərvər Fələstin xalqının müdafiəsi üçün əllərindən gələni əsirgəmirlər.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib