Hizbullah işğalçılara hücumlarını davam etdirir

Livan Hizbullahı işğal olunmuş Fələstin əraziləri istiqamətində sionist rejimi hədəfə alaraq onlara xəsarət verir.

Əl Aləm telekanalının məlumatına əsasən, Hizbullah dünən (5 yanvar) sionist rejim hərbi bazalarını artilleriya hücumlarına məruz qoyduğunu və əsas hədəfin hərbçilər olduğunu elan edib.

Hizbullah yaydığı bəyanatda elan edib: İşğalçı qüvvələrin yerləşdiyi Əl Zəhirə bölgəsini raketlərlə vurduq və can tələfatı olduğuna əminik.

Əl Cəzirə telekanalının verdiyi məlumatda Əl Cəlil məntəqəsi istiqamətində Hizbullahın sionistlərə 6 raket atdığı, Keryat Şamune və digər bölgələrdə təhlükə siqnallarının işə düşdüyü qeyd edilir.

Haarets qəzeti yazır: Livanın cənubundan işğal olunmuş Fələstində yetləşən sionist qəsəbəsi Keryat Şamuneyə 8 raket atıldı.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir