Hizbullah ilk dəfə “Tesviryal” qəsəbəsini hədəfə aldı

Hizbullah ilk dəfə “Tesviryal” qəsəbəsini hədəfə aldı

Livan müqaviməti bəyanat yayaraq Tesviryal qəsəbəsində sionist rejim hərbi mövqelərini silsilə əməliyyatlarla hədəfə aldığını elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Livan İslami Müqaviməti bu gün (23 iyul) bəyanat yayaraq Tesviryal qəsəbəsini silsiləvi hədəfə aldıqlarını elan edib.

Bəyanatda deyilir: Dünən gecə Əl Cəlilin Tesviryal sionist qəsəbəsini Katyuşalarla hədəfə aldıq. Bu hücum sionist rejimin Livanın cənub bölgəsindədi Haneyn qəsəbəsinə hücumun cavabıdır.

İşğalçı rejim mediaları Livanın Tesviryal qəsəbəsinə hücumlarında 2 sionistin yaralandığı barədə məlumat yayıb.

Valla internet portalı yazır: Livanın cənubundan atılan raketlər qəsəbəyə ağır xəsarət vurub.

Xatırladaq ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah sionist rejimin dinc əhaliyə hücumları təqdirində müqavimətin sionist qəsəbələrini raketbaran edəcəyi barədə xəbərdarlıq etmişdi.

Related posts

İraq sionistlərin Həyfa şəhərini vurdu

Ənsarullah üzvü ibri dilində xəbərdarlıq etdi

Yəmən İsraili belə vurdu