Hizbullah bir neçə saat ərzində 3anti-sionist əməliyyatı keçirdi: Sionist hərbçilər həlak oldu

Livan Hizbullahının sionist rejim ordusuna qarşı ardıcıl  3 əməliyyatında bu rejimin çox sayda əsgəri həlak olub və yaralanıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan Hizbullahı ayrı-ayrı bəyanatlarda sionist rejim ordusu əleyhinə 3 hərbi əməliyyat keçirdiyini elan edərək deyib: İslami müqavimət Qəzzə xalqına dəstək məqsədilə bu gün (13 aprel) sionist rejimin Livanın Kəfr Şuba təpələrindəki Roysatul Ələm hərbi mövqeyini raketlə hədəfə aldıq.

2-ci bəyanatda deyilir: Bu axşam İraqın İslami müqavimət döyüşçüləri sionist Hənitə qəsəbəsində sionist rejim ordusunun hərbi qərargah binasını hədəfə aldı.

Hizbullahın 3-cü bəyanatında deyilir: İslami müqavimət bu gün axşam saatlarında sionist əsgərlərin Harş Hənitədəki mövqelərini raket silahları və artilleriya ilə hədəfə alıb. Nəticədə düşmən itki verib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib