Hizbullah Avstraliyanın bu hərəkata qarşı son addımına dair bəyanat verib

Qafqaztimes xəbər verir ki, Livanın Hizbullah hərəkatı çərşənbə günü Avstraliyanın bu hərəkatı terror təşkilatı adlandırması ilə bağlı bəyanat yayıb.

Əl-Nur radiosunun məlumatına görə, Hizbullah Avstraliyanın bu addımını kəskin şəkildə pisləyib və bunu ABŞ-sionist diktəsinə alçaldıcı itaət adlandırıb.

Bəyanatda həmçinin vurğulanıb: “Bu qərar və bəzi Qərb ölkələrinin qəbul etdiyi buna bənzər digər qərarların nə Livandakı sadiq millətimizin ruhiyyəsinə, nə də azad və şərəfli insanların ruhiyyəsinə heç bir təsiri olmayacaqdır.”

Hizbullah əlavə edib: “Bu qərar Hizbullahın mövqeyinə və bu hərəkatın öz ölkəsini və xalqını müdafiə etmək, eləcə də işğala və sionist təcavüzünə qarşı müqavimət hərəkatlarına dəstək vermək kimi təbii haqqına heç bir təsir etməyəcəkdir.”

Qeyd edək ki, bu bəyanat Skott Morrison hökuməti çərşənbə günü səhər (24 noyabr) Hizbullah hərakatını bütünlüklə terror təşkilatları siyahısına saldığını elan etdikdən sonra verilib.

Related posts

Rəhbər: Bəsic…

İran: Qəzzədə qadın və uşaqlara qarşı zorakılıq misli görünməmiş bir hadisədir

ABŞ dünyaya qarşı!