Hindistanda qatarlar toqquşdu: Ölənlərin sayı artır – VİDEO

Hindistanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 15 nəfər ölüb, 60 nəfər yaralanıb.

Ölənlərin sayının arta biləcəyi qeyd edilir.

Qeyd edək ki, qəza Hindistanın Qərbi Benqal əyalətində baş verib. Hazırda hadisə yerində həkimlər və xilasedicilər işləyirlər.

10:49

Hindistanın Qərbi Benqal əyalətində sərnişin və yük qatarları toqquşublar.

Məlumata görə, hadisə nəticəsində azı beş nəfər ölüb, 20-dən çox şəxs yaralanıb.

Bu barədə jurnalistlərə yerli polisin sözçüsü Abhişek Roy məlumat verib.

Qeyd edək ki, hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Qəzanın hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi